Türkiyənin əskişəhər vilayətinin əmirdağ bölgəsində yerləşən Davulğa bələdiyyəsinin qərarı ilə rayondakı ən böyük prospektlərdən birinə “Qarabağ”, digərinə “Gəncə” adı verilib. Bu münasibətlə mayın 21-də təntənəli təməlqoyma mərasimi keçirilib.
Mərasimdə Davulğa ictimaiyyətinin nümayəndələri, əskişəhərdə yaşayan və işləyən azərbaycanlılar, bu vilayətin əslən Qarabağdan olan vətəndaşları, QHT və KiV təmsilçiləri iştirak ediblər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan əmirdağ Mədəniyyət və Sənət Dərnəyinin rəhbəri, yazıçı-publisist əhməd Urfanlı əskişəhərin Qarabağ əsilli sakinləri barədə danışıb. Məlum olub ki, 1830-cu ildə Azərbaycanın Qarabağ bölgəsindən Osmanlı ərazisinə köç etmiş bir neçə tayfa əskişəhərin əmirdağ bölgəsində məskunlaşıb. Bu bölgədə 12 kəndin adı Qarabağdakı kəndlərlə eynidir. Ümumilikdə bu kəndlərdə 15 min qarabağlı yaşayır. Onlar Türkiyənin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, Azərbaycanla bağlılıqlarını unutmur, mədəni irslərini qoruyub saxlayırlar.
Davulğa bələdiyyəsinin sədri, Qarabağ əsilli Salih Gündoğan Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətindən danışaraq bildirib ki, Davulğadakı iki böyük prospektə “Qarabağ” və “Gəncə” adlarının verilməsi bir tərəfdən Azərbaycan xalqı ilə həmrəylikdirsə, digər tərəfdən bu bölgədə məskunlaşmış qarabağlıların ana Vətənə ehtiramıdır. Bələdiyyə sədri qeyd edib ki, hər iki prospekt ən qısa zamanda tikilib istifadəyə veriləcək.
Sonra AZəRTAC-ın Türkiyə və Səudiyyə ərəbistanı üzrə xüsusi müxbiri Sabir şahtaxtı, əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, professor Tamilla əliyeva və başqaları çıxış ediblər.
Çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərinə, Azərbaycanın regionda sülh və sabitliyin təmin olmasında roluna, ulu öndər Heydər əliyevin xilaskarlıq missiyasına, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında xidmətlərinə və digər məsələlərə toxunulub. əmirdağ Mədəniyyət və Sənət Dərnəyinin təklifi əsasında “Qarabağ” və “Gəncə” adlarının əbədiləşdirilməsi Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunə kimi qiymətləndirilib.
şairlər – Burhanəddin Çil, əli Vafi, Səhər və Tayyib Atmacalar Azərbaycana, Qarabağa, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şeir və mahnılar səsləndiriblər.
Azərbaycan və Türkiyənin rəqs, musiqi qruplarının ifalarından sonra bir qrup şəxsə Davulğa bələdiyyəsi və əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən xatirə lövhələri, diplom və hədiyyələr təqdim olunub.
Sabir şahtaxtı
AZəRTAC-ın xüsusi müxbiri